Müdafiə nazirinin sabiq müavininin məhkəməsi təxirə salınıb

Müdafiə nazirinin sabiq  müavininin məhkəməsi təxirə salınıb
# 02 oktyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovum cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatının görə, buna səbəb Mehman Səlimovun vəkili Ağaveyis Şahverdinin prosesə qatılmaması səbəb olub.

Prosesin oktyabrın 9-da davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, Mehman Səlimov 2014-cü ildə həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR