Rusiya “Türk axını” üzrə sazişi tezliklə imzalamaq niyyətindədir

Rusiya “Türk axını” üzrə sazişi tezliklə imzalamaq niyyətindədir
# 27 fevral 2015 22:48 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edib.

Onun sözlərinə görə, “Qazprom” Türkiyə tərəfi ilə yeni qaz kəmərinin marşrutunu artıq razılaşdırıb. “Yeni kəmərin 600 km “Cənub axını”nda nəzərdə tutulmuş marşrut ilə, daha 180 km isə - Yunanıstan sərhədinədək Türkiyənin quru ərazisindən keçəcək”, deyə A.Novak bildirib.

Məlum olduğu kimi, ötən ilin sonunda Rusiya "Cənub axını" qaz kəməri layihəsinin imtina etdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR