Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb
# 22 aprel 2015 06:51 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəki Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki-Qax avtomobil yolunun 14-cü kilometrliyində, rayonun İncə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Baş Göynük kənd sakini, 1957-ci il təvəllüdlü Alı Yusif oğlu Həsənovun idarə etdiyi “VAZ 2102” markalı, 20 BR 941 dövlət nömrə nişanlı avtomobillə rayonun Aşağı Şabalıdlı kənd sakini Ramin Əlixan oğlu Müslümovun idarə etdiyi “VAZ 21074” markalı, 10 NG 677 dövlət nömrə nişanı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2102” markalı avtomobilin sürücüsü Alı Həsənov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin orta-ağır qiymətləndirildiyi bildirilib.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR