Bakı-APA. Fransanın müdafiə naziri Jan-İv Le Drian İŞİD terror qruplaşmasının “paytaxtı” hesab edilən Suriyanın Rakka şəhərindəki mövqelərinə növbəti hava qüvvələri endirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Nazirin sözlərinə görə, əməliyyatda 10 qırıcı təyyarə iştirak edib. O qeyd edib ki, yaxın günlərdə İŞİD-in mövqelərinə endirilən zərbələrin sayı xeyli artacaq.
Jan-İv Le Drian həmçinin “Şarl de Qol” aviadaşıyıcı gəmisinin terrorçuların mövqelərinə əlavə zərbələrin endirilməsi məqsədi ilə sabah Aralıq dənizinin şərq hissəsinə yola düşəcəyini qeyd edib.