I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər üçün Apelyasiya Komissiyası yaradılıb

I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər üçün Apelyasiya Komissiyası yaradılıb
# 18 iyul 2016 08:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına iyulun 18-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR