ATƏT PA prezidenti ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb

ATƏT PA prezidenti  ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb
# 19 noyabr 2015 15:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT Parlament Assambleyasının prezidenti İlka Kanevra ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə o, ATƏT Daimi Şurasının iclasında çıxışında deyib.

İ. Kanerva bildirib ki, ATƏT yerlərdə daha çox nümayəndəlik açmalıdır: “ATƏT-in yerlərdə çoxillik büdcə və mandatı olan daha çox nümayəndəliyinin olmasına ehtiyac var. "Mən və mənim həmkarlarım ATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR