DGK-nın İtlərin təlim mərkəzinə beynəlxalq status veriləcək - FOTOSESSİYA - VİDEO

DGK-nın İtlərin təlim mərkəzinə beynəlxalq status veriləcək - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 sentyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin İtlərin təlim mərkəzinə beynəlxalq status veriləcək.

"APA-Eonomics"in məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə bildirib.

Komitə sədrinin sözlərinə görə, sabah Bakıda PİKARD konfransı öz işinə başlayacaq. Artıq 200-dən artıq nümayəndə qeydiyyatdan keçib. Yubiley konfransında 40-dan artıq ölkədən nümayəndələr iştirak edəcək.

A. Əliyev ötən ildən etibarən Azərbaycanda Gömrük Akademiyasına tələbə qəbuluna başlanıldığını vurğulayıb: "Bu ildən etibarən isə tələbə şəhərciyi inşa ediləcək. Burada hazırlanan kadrların gömrük sistemi üçün faydalı olacaq".

Kineloji Mərkəz barədə məlumat verən A. Əliyev Azərbaycanda təlim keçmiş itlərin Türkiyə, Makedoniya, Konqo, Toqo, Gürcüstan və digər ölkələrə hədiyyə edildiyini deyib: "Məsələn, bu gün Toqonun gömrük sisteminin nümayəndələrinin xahişi ilə 2 təlim keçmiş it onlara hədiyyə ediləcək".

Tədbirin sonunda Anlaşma Memorandumu imzalanıb. Memorandumu Aydın Əliyev və Kunio Mikurio imzalayıblar.

Qeyd edək ki, bu gün tədbir iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR