Ədalət Partiyası Van-İrəvan aviareysinin açılmasına münasibət bildirib

Ədalət Partiyası Van-İrəvan aviareysinin açılmasına münasibət bildirib
# 18 mart 2013 16:37 (UTC +04:00)

Bakı-APA. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də Van-İrəvan aviareysinin açılmasına münasibət bildirib. APA-nın məlumatına görə, o deyib ki, bu məsələyə Azərbaycanda fəaliyyət göstərən müxtəlif yönümlü siyasi partiyaların (iqtidar və müxalifət) eyni münasibəti – Türkiyənin ittiham edilməsi təəssüf doğurur: “Çünki siyasi münasibətlərin nizama salınmasında bütün sorğular və təzyiqlər Türkiyəyə yönəldilir. Həm də unutmaq olmaz ki, Türkiyə dünyanın super dövlətləri tərəfindən uydurulmuş erməni soyqırımı ilə təhdid edilməkdədir. Siyasi partiya təmsilçilərinin dediklərinin əksinə olaraq biz Türkiyədən izahat istəyə bilmərik. Ona görə ki, respublikamızın istər ərazi bütövlüyü məsələsində olsun, istər dövlət müstəqilliyində, istərsə də digər mühüm məsələlərdə dünyada yeganə dəstəkçisi Türkiyədir. Qəribədir ki, siyasi partiyalar artıq neçə illərdir Azərbaycanın ərazi bütövlüyünü tanımayan, işğalçı Ermənistana dəstək verən ABŞ, Böyük Britaniya, Fransa və sair dövlətlərdən izahat tələb etmir. Daim ölkəmizin yanında olan Türkiyəyə isə belə münasibət göstərilir”.

Mütəllim Rəhimli deyib ki, siyasətin görünən və görünməyən tərəfləri var: “Buna görə də biz özümüzü bu məsələdə təmkinli aparmalı, isterikaya qapılmamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR