İranda türklərin təhqir olunmasına görə Ankarada da aksiya keçirilib

İranda türklərin təhqir olunmasına görə Ankarada da aksiya keçirilib
# 15 noyabr 2015 12:19 (UTC +04:00)

Bakı-APA. İran televiziyasının bu ölkədə yaşayan türkləri təhqir etməsi ilə bağlı etirazlar davam edir.

APA-nın xəbərinə görə, Türkiyənin paytaxtı Ankarada keçirilən aksiyada etirazçılar Kuğulu parkdan İran səfirliyinin qarşısına qədər yürüş ediblər.

Aksiyada “Haray, haray, mən türkəm”, “Təbriz-Bakı-Ankara – Biz hara, farslar hara?!”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” kimi şüarlar səsləndirilib.

Aksiyanın İranın Türkiyədəki səfirliyi qarşısında bəyanatın oxunması ilə yekunlaşıb.

Bəyanatda İranda türklərin davamlı olaraq təhqir edilməsi, irqi ayri-seçkiliyə məruz qalmaları, türk dilində təhsilə qoyulan qadağa tənqid edilib, buna son qoyulması ilə bağlı tələb yer alıb.

Qeyd edək ki, bir müddət əvvəl İran televiziyalarının birində yerli Azərbaycan türklərini təhqir edən tamaşa yayımlanıb. Bundan sonra İranın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

Aksiyalardan sonra İran Radio Televiziya qurumu verilişi bağlayıb, azərbaycanlılardan üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR