“Avesta” konserninin prezidenti türkdilli ölkələrin ən uğurlu iş adamı seçilib - FOTO

 “Avesta” konserninin prezidenti türkdilli ölkələrin ən uğurlu iş adamı seçilib - <span style="color: red;">FOTO
# 09 iyul 2014 07:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin ən tanınmış dərgilərindən biri “EkoVitrin” “13-cü ilin ulduzları” mükafatlarını sahiblərinə çatdırıb.

“Avesta” Konsernin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, mükafatlandırma prosesi siyasət, sənət, idarəetmə, iş dünyası və digər sahələr üzrə aparılıb.

“EkoVitrin” media qrupunun rəhbəri Kamuran Abacıoğlu, İdarə Heyətinin sədr müavini Şərəf Özat, jurnalın baş redaktoru Bilal Koçak bütün qonaqları salamlayaraq, onlara tədbirə qatıldıqları üçün dərin minnətdarlığını bildiriblər.

Konsernin prezidenti, “Khazar Islands” layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli də mükafatçılar sırasında olub. Belə ki, konsernin prezidenti 2013-cü ildə “Türk Cümhuriyyətlərində ilin ən uğurlu iş adamı” mükafatına sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR