Müsavat başqanının müavini partiya qərargahı önündəki aksiyanın təşkilatçılarını agentura şəbəkəsi, iştirakçıları isə xain adlandırıb

Müsavat başqanının müavini partiya qərargahı önündəki aksiyanın təşkilatçılarını agentura şəbəkəsi, iştirakçıları isə xain adlandırıb
# 06 may 2015 14:27 (UTC +04:00)

Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında aksiyanın təşkilatçılarını “Müsavatın daxilinə yerləşdirilmiş agentura şəbəkəsinin üzvləri” adlandırıb. O, aksiyada iştirak edənləri partiyaya xəyanətdə ittiham edərək bildirib ki, onlar barədə partiyanın ciddi qərarları olacaq: “Artıq partiyaya qarşı heç kimdə şübhə olmayan təxribat fəaliyyətini genişləndirən şəxslərin partiyadan qovulması məsələsini əsaslı şəkildə qaldıracağam. Ümid edirəm ki, digər şəxslər də bu məsələyə partiya maraqları nöqteyi-nəzərindən yanaşacaqlar. Bu aksiyanın keçirilməsi həmin şəxslərin Müsavatda qalmayacağının sübutudur”.


E. Fəttah aksiyada səslənən tələblərə də toxunaraq, partiyadan qovulan şəxslərin bərpa edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb: “6 nəfər Nizamnamə çərçivəsində partiyadan çıxarılıb. Düşünmürəm ki, bu cür şərtlərdə partiyadan çıxarılmış şəxslərin bərpası mümkün olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR