Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib - VİDEO

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 12:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən Türkiyəyə səfərini təxirə salıb.

APA – nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P.Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.

"Mən Türkiyəyə səfəri təxirə salmaq qərarına gəldim. Buna səbəb Donetsk vilayətində vəziyyətin gərginləşməsi, konkret olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasıdır”, - deyə P. Poroşenko qeyd edib.

P. Poroşenko onu da bildirib ki, Ukrayna Avropa Şurasının növbədənkənar iclasının çağırılması üçün avropalı tərəfdaşlarına müraciət edərək.

“Dünya ictimaiyyəti Ukraynadakı durumun qəfil gərginləşməsinə qiymət verməlidir”, - deyə o vurğulayıb.

Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bildirilir ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR