Belçikada erməni cinayətkarlar barədə məlumat verməkdən imtina etmiş “Skype”-a qarşı cinayət işi başlanıb

Belçikada erməni cinayətkarlar barədə məlumat verməkdən imtina etmiş “Skype”-a qarşı cinayət işi başlanıb
# 27 may 2015 04:23 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belçikanın La Libre nəşri məlumat yayıb.

Məlumata görə, servis 2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.

Erməni cinayətkarların “Skype” internet telefoniya xidmətindən fəal istifadə etdiyi qeyd olunur. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini məhz “Skype” vasitəsilə razılaşdırıblar.

2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən imtina edib.

Prokurorluq şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR