“Bank of Baku” filial şəbəkəsini genişləndirir

 “Bank of Baku” filial şəbəkəsini genişləndirir
# 08 avqust 2014 08:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank of Baku”nun strateji inkişaf proqramına uyğun olaraq, bankın Bakıda “Yeni Günəşli” filialı fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, bankın sayca 25-ci filialıdır.

Yeni filialda müştərilərə çevik və rahat xidmət üçün peşəkar komanda, rahat xidmət sahəsi və müasir avadanlıq, ictimai nəqliyyat dayanacağının yaxınlığı, bankomat və ödəniş terminallarının fasiləsiz xidmət zonası yaradılıb.

Müştərilər ”Yeni Günəşli” filialında istehlak kreditləri rəsmiləşdirə, kiçik və orta sahibkarlıq üçün kredit əldə edə, əmanət yerləşdirə, hesablaşma xidmətlərindən faydalana, pul köçürə, kredit və taksit kartları əldə edə və bir çox digər xidmət və məhsullardan bəhrələnə bilərlər.

Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib: “Günəşli və Yeni Günəşli müasir Bakının ilk və izdihamlı yaşayış massivlərindən biridir. Yeni filialın açılmasının mümkünlüyünü müəyyən edərkən biz bank xidmətlərinin şəhərimizin bu hissəsində təmsil edilmədiyinə fikir verdik. Müştəri və tərəfdaşlarımıza daha yaxın olmaq prinsipimizi rəhbər tutaraq, biz burada ən yüksək standartlara cavab verən filial təsis etmək qərarına gəldik. Eyni zamanda vurğulamaq istərdim ki, yeni filialda kiçik və orta sahibkarlığın kreditləşməsinə xüsusi diqqət yetiriləcək”.

Yeni filial Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Günəşli küçəsində yerləşir. “Bank of Baku”nun yeni filialı bazar ertəsindən şənbəyə kimi 9:00-17:00 arası müştərilər üçün açıqdır. Bankın filialları nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR