Gəncədə fiberoptik kabel istehsal edən zavod tikiləcək

Gəncədə fiberoptik kabel istehsal edən zavod tikiləcək
# 23 aprel 2013 11:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Avropada ən böyük istehsal müəssisələrdən biri tikiləcək. APA-nın qərb bürosunun xəbərinə görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübünün yekunlarına həsr edilən şəhər fəallarının toplantısında bildirib.

O qeyd edib ki, Azərbaycanda yüksək keyfiyyətli fiberoptik kabel istehsal edən, dəyəri 100 mln. manat olan zavodun tikintisi planlaşdırılır. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev bu zavodun məhz Gəncədə tikilməsini məsləhət görüb. İcra başçısı qeyd edib ki, Gəncə artıq sənaye şöhrətini geri qaytarır: “Yeni tikiləcək zavodda yüzlərlə şəhər sakini işləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR