AFFA-nın növbəti Konfransı və təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib - APA TV

AFFA-nın növbəti Konfransı və təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib - <span style="color: red;">APA TV
# 15 mart 2013 17:56 (UTC +04:00)

Martın 15-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti Konfransı keçirilib. AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövründə digər tədbirlərlə yanaşı, 17 yaşlı qızlar arasında Dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. AFFA-nın baş katibi Elxan Məmmədov çıxışında görülən işlərlə bağlı ətraflı məlumat verib. Konfrans iştirakçılarına hesabat dövründəki fəaliyyətə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra keçən ilin maliyyə hesabatı və 2013-cü ilin büdcə layihəsi diqqətə çatdırılıb. Digər hesabatlar təqdim edildikdən sonra, AFFA-nın analoji dövr ərzindəki fəaliyyəti qənaətbəxş sayılıb. Kofransın ardından təşkilatın rəhbəri Rövnəq Abdullayev media nümayəndələrinin suallarını cavablandırıb.

Martın 15-də həmçinin AFFA İcariyyə Komitəsinin iclası keçirilib. Müzakirələrin sonunda bir neçə qərar qəbul olunub. Qarşıdakı mövsümdən etibarən Topaz Premyer Liqasının 10 komanda ilə 4 dövrəli sistemdə tə.kil edilməsi, həmçinin 2013/2014-ci illər mövsümündən başlayaraq Birinci Divizon klublarının, oyuna əsas heyətdə yaşı 21-dək 8 futbolçu ilə çıxmaları qərara alınıb. Arif Əsədov 19 yaşlı seçmə komandanın, Aslan Kərimov 16 yaşlıların, Patrisia Qonzales isə 19 yaşlı qızlardan ibarət yığma komandanın baş məşqçisi təsdiq edilib. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinin yenidən hazırlanması da qəbul edilmiş qərarlar arasındadır.

Ölkə futbolu ilə bağlı digər dəyişikliklərsə, yeni mövsümdən ”altılıq” sisteminin ləğvi və milli çempionatda komandaların sayının azaldılmasıdır . Belə ki, sayı 12-dən 10-a endirilən komandalar 4 dövrədə mübarizə aparacaqlar. Bundan başqa bərpa edilən Superkubok oyununun iştirakçıları üçün ayrılan məbləğ də açıqlanıb. Superkubok görüşünə nəzərdə tutulan 150 min manatdan 100 mini qalib komandaya veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR