Bakının Sabunçu rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bakının Sabunçu rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 20 avqust 2015 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Abşeron Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, avqustun 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor” və “Sabunçu ümumi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR