Suriyada girov götürülmüş 4 italiyalı jurnalist azadlığa buraxılıb

Suriyada girov götürülmüş 4 italiyalı jurnalist azadlığa buraxılıb
# 13 aprel 2013 16:22 (UTC +04:00)

Bakı-APA. Aprelin 6-da Suriyada, Türkiyə sərhədi yaxınlığında girov götürülmüş 4 italiyalı jurnalist azadlığa buraxılıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” İtaliya XİN-ə istinadən məlumat yayıb.

Azad olunmuş jurnalistlər İtaliyanın “RAİ” informasiya agentliyinin əməkdaşlarıdır. XİN bəyanatında girov götürülmüş jurnalistlərin azadlığa buraxılmasının təfərrüatları açıqlanmır. Məlumata görə, azadlığa buraxılmış jurnalistlər artıq Türkiyəyə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR