Faiq Şahbazlı: “İstəmirik ki, dərsliklə bağlı düşünülməmiş, mübahisə doğuracaq qərar verək”

Faiq Şahbazlı: “İstəmirik ki, dərsliklə bağlı düşünülməmiş, mübahisə doğuracaq qərar verək”
# 14 mart 2013 13:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Biz istəmirik ki, dərsliklə bağlı düşünülməmiş, sabah mübahisə doğuracaq qərar verək. Ona görə də müzakirələr aparıldıqdan sonra yaxın günlərdə yekun qərar veriləcək”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.

Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlqar Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” adlı plagiat dərslikləri ilə bağlı yekun qərarın gecikməsi məsələsinə münasibət bildirən F.Şahbazlı qeyd edib ki, bu dərsliklər ali məktəblər üçün dərslik statusu alınmış kitablardır. Onun sözlərinə görə, həmin dərslikləri ləğv etmək adamların taleyi ilə oynamaqdır: “Deyilir ki, bu kitab 200 səhifəlik kitabdan köçürmədir. Amma bu kitabın 800-dən çox səhifəsi var. Onun müvafiq 200 səhifəsi köçürmə ola bilər. Bəzən dərsliklərdə belə hallar olur. Amma əslində belə istisnalar olanda mötərizədə onun haradan istifadə olunması, mənbələr qeyd olunur. Müəllif onları qeyd etməyibsə və bunun səbəbini əsaslandıra bilirsə, lazımi müzakirələr aparılacaq. Hər bir məsələni biləndən və müzakirələr aparıldıqdan sonra ilə yekun qərar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR