Ağstafada fərdi ev yanıb

Ağstafada fərdi ev yanıb
# 12 avqust 2014 00:09 (UTC +04:00)

Bakı – APA. Ağstafada yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 104 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR