“Normand dördlüyü”nün Parisdə keçirilən görüşü başa çatıb - YENİLƏNİB

“Normand dördlüyü”nün Parisdə keçirilən görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 24 fevral 2015 14:53 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verilən məlumata görə, görüş 3 saatdan çox davam edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə görüşün faydalı olduğunu bildirib.

Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirlərinin görüşün yekunlarına dair bəyanat verəcəkləri gözlənilir.

*** 16.17

Bakı – APA. Parisdə Almaniya, Fransa, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Donbasdakı münaqişənin nizamlanması ilə bağlı görüşü başlayıb.

APA-nın “Le Fiqaro”ya istinadən verdiyi məlumata görə, görüş Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Nəşrin ukraynalı diplomatlardan birinə istinadən verdiyi xəbərdə deyilir ki, Rusiya tərəfi bu görüşün keçirilməsini istəməyib.

“Lakin bizim üçün Qərbin Moskvaya siyasi təzyiqini qoruyub saxlamaq lazımdır. Görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmur”, - deyə ukraynalı diplomat vurğulayıb.

Qeyd edək ki, Almaniya XİN-in mətbuat xidmətindən də görüşün keçirildiyini təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR