Meksikada baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 45 nəfər xəsarət alıb

Meksikada baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 45 nəfər xəsarət alıb
# 20 iyun 2016 02:26 (UTC +04:00)

Bakı-APA. Meksikanın Oaxaka ştatında təhsil sahəsi işçiləri ilə polis arasında şiddətli toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 nəfər ölüb, 45 nəfər xəsarət alıb. Etiraz aksiyasının iştirakçıları iki sərnişin avtobusunu yandırıb.

Artıq bir neçə ildir ki, Meksikada mütəmadi olaraq minlərlə müəllim hökümətin islahat siyasəti əleyhinə etiraz aksiyaları keçirir. İslahat təhsil sahəsində çalışmaq üçün qaydaların sərtləşməsini nəzərdə tutur. Qeyd olunur ki, Meksikada müəllimlərin 50%-dən çoxunu kişilər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR