Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirib
# 17 iyul 2016 16:36 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş cəhdinə münasibət bildirib.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin qəhrəman mənsublarının mütləq əksəriyyətinin anında verdiyi təpki və qəhrəman polis əməkdaşlarının qətiyyəti nəticəsində iyulun 15-də axşam saatlarında Türkiyə Silahlı Qüvvələrində özünə yuva tapan qeyri-qanuni təşkilat üzvləri olan xainlərin fəaliyyətlərinin qarşısı alınıb .

Açıqlamada vurğulanıb ki, xainlər məqsədlərinə çatmadan zərərsizləşdirilib: “Çevriliş cəhdi başladıqdan sonra olaydan xəbərdar olan qədirbilən xalqımız Türkiyə Silahlı Qüvvələrinin əsl övladlarını qorumaq və demokratik hüquq sistemimizə vurulacaq zərbəni əngəlləmək məqsədi ilə küçələrə çıxıb. Xalqımız bu xainlərə gözəl və ən böyük dərsi verib. Xain cəhdin qarşısının alınmasında ən böyük rol böyük millətimizindir. Qeyri-qanuni təşkilat mənsubu olan xainlər artıq zərərsizləşdirilib və hüquq sistemi çərçivəsində ən ağır cəza ilə cəzalandırılacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR