Nazir Şahin Mustafayev Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Şahin Mustafayev Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
# 31 oktyabr 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səlahiyyət müddəti başa çatan Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ş. Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səfir M. Əl-Taninin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu qeyd edib, gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

M. Əl-Tani qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR