Kürdəmirdə evdə yanğın olub

Kürdəmirdə evdə yanğın olub
# 30 sentyabr 2015 09:13 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda ev yanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında səhərin Əliağa Vahid küçəsində qeydə alınıb. Rayon sakini Valeh Əşrəf oğlu Əliyevə məxsus 4 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumi sahəsi 162 kvadratmetr olan evin 1 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR