Bank Of Baku

Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyul 2018 08:55 (UTC +04:00)

Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Ərtəpə kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.

 

Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

***

Saat 09:30

 

Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.

 

Faktla bağlı Gədəbəy rayon Prokuorluğunda cinayət işi açılıb, raşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR