Bank Of Baku

Ötən il Azərbaycanda bağlanan audit müqavilələrinin sayı açıqlanıb

Ötən il Azərbaycanda bağlanan audit müqavilələrinin sayı açıqlanıb
# 12 avqust 2026 11:36 (UTC +04:00)

2025-ci il ərzində 201 auditor təşkilatı və 66 sərbəst auditor tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilib.

"APA-Economics" bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 152 mln. manat məbləğində 7815 müqavilə bağlanıb. Bağlanmış müqavilələrdə böyük dördlük üzrə xüsusi çəkisi sayına görə 13,5% və məbləğinə görə 59,6%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 11% və məbləğinə görə 14,7%, yerli auditor təşkilatları üzrə sayına görə 60% və məbləğinə görə 22%, sərbəst auditorlar üzrə sayına görə 15,5% və məbləğinə görə 3,7% təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ildə bağlanmış müqavilələrin sayı 7193-dən 7815--ə qədər, yəni 622 ədəd və ya 8,6% artmış, məbləği isə 153,4 mln. manatdan 152 mln. manata qədər, yəni 1,4 mln. manat və ya 0,9% azalıb.

O cümlədən böyük dördlük üzrə müqavilələrin sayı 1085-dən 1058-ə qədər, yəni 27 ədəd və ya 2,5%, məbləği 98,4 mln. manatdan 90,6 mln.manata qədər, yəni 7,8 mln. manat və ya 8% azalıb. Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilələrin sayı 736-dan 862-ə qədər, yəni 126 ədəd və ya 17,1%, məbləği 18,8 mln. manatdan 22,3 mln. manata qədər, yəni 3,5 mln.manat və ya 18,6% artıb.

Bundan əlavə, yerli auditor təşkilatları üzrə müqavilələrin sayı 4047-dən 4679-a qədər, yəni 632 ədəd və ya 15,6%, məbləği isə 30,4 mln. manatdan 33,2 mln. manata qədər, yəni 2,8 mln. manat və ya 9,2% artıb. Sərbəst auditorlar üzrə müqavilələrin sayı 1325-dən 1216-a qədər, yəni 109 ədəd və ya 8,2%, məbləği isə 5,8 mln. manatdan 5,7 mln. manata qədər, yəni 0,1 mln. manat və ya 1,7% azalıb.

Qeyd etmək lazımdır ki, Böyük dördlük üzrə bağlanmış müqavilələrin həm sayında, 2,5% hən də məbləğində 8% azalma olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR