Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Ərtəpə kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Saat 09:30
Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.
Faktla bağlı Gədəbəy rayon Prokuorluğunda cinayət işi açılıb, raşdırma gedir.