Amerikalı senatorlar İrana qarşı sanksiyaların daha da ağırlaşdırılmasını istəyir

Amerikalı senatorlar İrana qarşı sanksiyaların daha da ağırlaşdırılmasını istəyir
# 26 fevral 2013 11:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. 36 amerikalı senator Avropa Birliyinin (AB) prezidenti Herman van Rompeyə məktub yazıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, məktubda İrana qarşı birtərəfli sanksiyaların daha da ağırlaşdırılması istənilib. Məktubda həmçinin İranın Avropa Birliyinin vahid pul vahidi avro ilə alqı-satqısının məhdudlaşdırılması tələb edilib. Məktubun sonunda Avropa Mərkəzi Bankının “Target 2” adı verilmiş sisteminin Avropa sərhədlərindən kənarda avro ilə alqı-satqı mübadiləsinin aparılmasına imkan verdiyi və bunun da İranın ticarət əməliyyatlarını asanlaşdırdığı bildirilib.

Qeyd edək ki, ABŞ İrana qarşı yeni sanksiya tətbiq etməyə hazırlaşır. Hazırda ABŞ Konqresində Avropa Mərkəzi Bankı (ECB) ilə İran hökuməti arasında avro üzərindən həyata keçirilən əməliyyatlara maneə törədəcək yeni bir qanun hazırlandığı bildirilib. Rəsmi Tehranın alqı-satqı prosesində avrodan istifadə etməsini məhdudlaşdıracaq sanksiyaları özündə ehtiva edəcək qanun hələlik hazırlıq mərhələsindədir. Ağ Ev daha əvvəlki sanksiyaları ilə İranı ABŞ maliyyə sistemindən kənarda buraxaraq dollarla bank əməliyyatları həyata keçirməsini böyük ölçüdə maneə törətməyi planlaşdırmışdı. ABŞ-ın yeni qanunu isə İranın bu boşluğu avrodan istifadə edərək doldurmasını çətinləşdirmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR