“Yuventus” və “Barselona" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

“Yuventus” və “Barselona" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
# 18 mart 2015 22:41 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, keçirilən 2 görüşlə bütün 1/4 finalçılar bəlli olub.

Belə ki, “Barselona” “Nou Kamp”da “Mançester Siti”ni qəbul edib. İlk qarşılaşmada rəqibini məğlub edən Kataloniya klubu bu oyuna üstün çıxıb. Lakin ingilislər də asan təslim olmaq niyyətində deyildilər. Görüşün taleyini 1 qoll həll edib. 31-ci dəqiqədə İvan Rakitiçin vurduğu yeganə top Luis Enrikenin komandasının növbəti mərhələyə yüksəldib.

Günün digər matç Almaniyada baş tutub. Dortmund “Borussiya”sı “Yuventus”u qonaq edib. Turində keçirilən ilk görüşdə uduzan Yurgen Kloppun yetirmələri “Siqnal İduna Park”da “Qoca “Sinyora”nı məğlub yola salmaq arzunda idi. “Yuventus” isə yenə meydan sahiblərini üstələyib, 8 komanda ilə birgə yoluna davam etmək istəyirdi. Dortmund təmsilçisi gözlənilmədən darmadağın olub. Qarşılaşmada qonaqlar 0:3 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa) və “Porto” (Portuqaliya), “Monako” (Fransa) və “Atletiko” (İspaniya”) 1/4 finala adını yazdırıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

“Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 1:0

Qol: Rakitiç, 31

“Borussiya” D (Almaniya) - “Yuventus” (İtaliya) - 0:3

Qollar: Teves, 3; 79, Morata, 70

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR