Silahlılar Hindistanda hərbi konvoya hücum edib, 20 nəfər həlak olub

Silahlılar Hindistanda hərbi konvoya hücum edib, 20 nəfər həlak olub
# 04 iyun 2015 15:58 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində ən azı 20 nəfər həlak olub, 11 nəfər yaralanıb.

İlkin məlumatlara görə, hərbi konvoyun keçəcəyi yola kustar üsulla hazırlanmış məsafədən idarə olunan partlayıcı qurğu yerləşdirilib.

Partlayış avtomobillər qurğu üzərindən keçərkən törədilib, ardınca isə atəşə tutulub.

Hadisə yerinə yerli təhlükəsizlik qüvvələri nümayəndələri cəlb olunub.

Silahlıların axtarışı üzrə əməliyyatlar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR