Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ƏƏSMN və DSMF-nin komandaları arasında yarış keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ƏƏSMN və DSMF-nin komandaları arasında yarış keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2015 13:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondunda (DSMF) keçirilən mini-futbol turnirlərinin qalib komandaları arasında yarış keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində ölkəmizi tərəqqi yoluna səfərbər etməsindən söz açıb, habelə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən siyasətin uğurlarını diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, Heydər Əliyevin inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın son on ildə dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilməsini təmin edib:

“Bu gün əldə olunan bütün uğurlar Heydər Əliyev tərəfindən əsası qoyulan və son on ildə prezident tərəfindən davam və inkişaf etdirilən islahatlar kursunun məntiqi nəticələri olan nailiyyətlərdir”, - deyə S.Müslümov bildirib.

DSMF-nin sədri Elman Mehdiyev Heydər Əliyevin ölkədə pensiya təminatının yaxşılaşdırılmasına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə diqqət və qayğısından söz açıb, bu gün də prezident İlham Əliyevin ölkədə sığorta-pensiya sisteminin müasirləşdirilməsini daim diqqətdə saxladığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR