Bakıda karikatura sərgisi keçiriləcək

Bakıda karikatura sərgisi keçiriləcək
# 13 avqust 2014 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 15-də Müasir İncəsənət Mərkəzinin sərgi salonunda “Karikatura müsabiqəsi” layihəsinin yekun sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, layihə karikatura və rəsm sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamları üzə çıxarmaq məqsədi daşıyır.

Layihədə 30-a yaxın rəssam iştirak edib. Üç gün davam edəcək sərgiyə hər rəssam maksimum üç işlə qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR