Müsavat funksioneri: “Müsavat Partiyası parçalanmaq ərəfəsindədir”

Müsavat funksioneri: “Müsavat Partiyası parçalanmaq ərəfəsindədir”
# 20 oktyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bizim etirazımız ondan ibarətdir ki, Arif Hacılı başqan seçildikdən partiyadakı istefalara heç bir münasibət bildirmir, əksinə, istefa verənləri qəbul etmir, onları “təpikləyir””.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev deyib.

R.Əliyev qeyd edib ki, partiya rəhbərliyi istefaların qarşısını almaq üçün heç bir tədbir görmür. O, Müsavat başqanı Arif Hacılını istefaya çağırıb: “Demək olar ki, Müsavat Partiyası parçalanmaq ərəfəsindədir. Biz buna etiraz edərək, Arif Hacılını istefaya çağırmışıq. Əgər istefalar Arif Hacılının başqanlığı səbəbindən baş verirsə, onda o, başqanlıqdan gedəcəyi barədə bəyanat verməlidir”.

R.Əliyev qeyd edib ki, rayon təşkilatının bütövlükdə partiyadan istefa vermək niyyəti yoxdur: “Biz Müsavatdan istefa verməyəcəyik. Çünki Müsavata Arif Hacılıya görə gəlməmişik. Düşünürük ki, bizim liderimiz İsa Qəmbərdir. Bizim ideyamız müsavatçılıqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR