Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır

Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
# 01 may 2024 17:43 (UTC +04:00)

Problemlər, münaqişələr olacaq, lakin biz öz gələcəyimizi birlikdə şəkilləndirməliyik.

APA xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos deyib.

Onun sözlərinə görə, dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır.

Moratinos deyib ki, dini liderlər müharibələrdən, münaqişələrdən sonra yox, öncə bir araya gəlməli, çıxış yolları üzərində düşünməlidirlər. O çıxışı zamanı, həmçinin qeyd edib ki, dünyada dini ibadət yerlərinin xəritəsi hazırlamalı, onlar qorunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR