Gəncənin icra başçısı sakinlərlə görüşüb

Gəncənin icra başçısı sakinlərlə görüşüb
# 01 may 2024 18:24 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib.

İH-dən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır.

Açıq hava şəraitində keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramovla yanaşı bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən maddi yardımın göstərilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərdən ibarət olub.

Görüşdə səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR