İmişlidə yol qəzasında 5 nəfər xəsarət alıb

İmişlidə yol qəzasında 5 nəfər xəsarət alıb
# 01 may 2024 18:11 (UTC +04:00)

İmişlidə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində İmişli rayon sakinləri - 1964-cü il təvəllüdlü Həmzəyev Cavid Ağamalı oğlu, 1983-cü il təvəllüdlü Cabbarlı Rəşad İlham oğlu, 1981-ci il təvəllüdlü Musayeva Ruhəngiz Xəlil qızı, 2018-ci il təvəllüdlü Musayev İsmayıl Niyamədin oğlu və Cəlilabad rayonu sakini - 1985-ci il təvəllüdlü Hüseynov Elçin Ağaxan oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların 3-nə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR