Səttar Mehbalıyev: “Bu il ərzində 100 min nəfərə həmkarlar təşkilatları xətti ilə istirahət etmək imkanı yaradılıb” - FOTOSESSİYA

Səttar Mehbalıyev: “Bu il ərzində 100 min nəfərə həmkarlar təşkilatları xətti ilə istirahət etmək imkanı yaradılıb” - <span style="color: red;">FOTOSESSİYA
# 26 avqust 2014 14:39 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu ilin sonuna kimi 100 min nəfərə həmkarlar təşkilatları xətti ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən turizm obyektlərində istirahət etmək imkanı yaradılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm AHİK-nın balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda dincəlir. AHİK sədri bildirib ki, onların balansında olan bütün istirahət mərkəzləri yenidən qurulub, istirahət üçün hər bir şərait yaradılıb. Hazırda Tibb İşçiləri Respublika Həmkarlar Təşkilatının və Mədəniyyət İşçiləri Respublika Həmkarlar Təşkilatının istirahət mərkəzlərinin tikilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzinə baxış keçirib, burada dincələn vətəndaşlarla və xidməti personalla görüşüb.

AHİK-nın sədri Səttar Mehbalıyev istirahət mərkəzində dincələn təhsil işçiləri ilə söhbət edib. Görüş zamanı vətəndaşların istirahət mərkəzində yaradılan şəraitlə bağlı fikirləri dinlənilib, onların təklifləri qeydə alınıb .

Daha sonra görüş iştirakçıları birlikdə istirahət mərkəzində xidməti şəraitin vəziyyəti ilə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR