Məhkəmə DSMF-nın bələdiyyəyə qarşı şikayətini təmin etməyib

Məhkəmə DSMF-nın bələdiyyəyə qarşı şikayətini təmin etməyib
# 23 iyun 2016 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Hüquqi Şəxslərlə iş üzrə Departamentinin Sabunçu rayon Bakıxanov Bələdiyyəsinə qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bələdiyyə DSMF tərəfindən təyin edilən borcun ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.

Həmin qərarla razılaşmayan departament isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR