Bakıda amansızlıqla qətlə yetirilmiş qadının bədəninin daha bir hissəsi Saray qəbiristanlığında tapılıb

Bakıda amansızlıqla qətlə yetirilmiş qadının bədəninin daha bir hissəsi Saray qəbiristanlığında tapılıb
# 01 aprel 2013 10:06 (UTC +04:00)

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, mərhumun sağ ayağı Abşeron rayonu, Saray qəsəbəsindəki qəbiristanlıqda aşkar edilib.

Polisdən həmçinin bildirilib ki, mərhumun bədəni bir neçə yerə bölünüb, bədənin bəzi hissələri hələ də tapılmayıb. Hazırda qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, martın 13-də Bakıda “Baksol yolu” adlanan ərazidəki zibillikdə qadın meyiti tapılıb. Tapılan meyitin başı, iki qolları və ayaqları kəsilib, daxili orqanları çıxarılıb.

Qadının başı bir neçə gündən sonra Saray qəsəbəsindəki qəbiristanlıqda torbada aşkar edilib. Aşkar edilən baş müayinə üçün ekspertizaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR