İranda həbs edilmiş 22 azərbaycanlı fəaldan 6-sı saxlanılmaqla qalanları azadlığa buraxılıb

İranda həbs edilmiş 22 azərbaycanlı fəaldan 6-sı saxlanılmaqla qalanları azadlığa buraxılıb
# 04 mart 2013 07:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda həbs edilmiş 22 azərbaycanlı fəaldan 6-sı saxlanılmaqla qalanları azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunlar Siyamək İrani (Şəbüstər), Siyamək Seyfi (Xiyav, Meşkinşəhr), Musa Sudi (Ərdəbil), Cəfər Rüstəmirəd (Ərdəbil), Məhəmmədəli İsmayılpur (Əhər) və Kəsra Davudidir (Xiyav). Hazırda azərbaycanlı fəallar Təbriz mərkəzi həbsxanasında saxlanılırlar.

Qeyd edək ki, həbslər fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilmiş görüşdən sonra həyata keçirilib. “Traktor”un 3:1 hesablı qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışıb, nəqliyyatın hərəkəti dayanıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzədilib. Azərbaycanlı fəallar “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not İran!”, “1992 Khojali Genocide!” və “Qarabağ bizimdir, bizim olacaq!” plakatlarını qaldırıblar. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib, onlarla azərbaycanlı fəal həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR