Səməd Seyidov: “Azərbaycanda müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb oldu”

Səməd Seyidov: “Azərbaycanda müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb oldu”
# 26 yanvar 2013 12:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “AŞPA-nın qış sessiyasında son illər Azərbaycanda dini dözümlülük, müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb oldu”. APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.

S. Seyidov bildirib ki, Azərbaycanda katolik kilsəsinin, sinaqoqların tikilməsi və Rus Pravoslav Kilsəsinin təmiri avropalı deputatların diqqətinə çatdırılıb və onlar bunu alqışlayıblar: “Eyni zamanda onlara sual olundu ki, müxtəlif dini icmalar üçün başqa hansı ölkələrdə belə şərait yaradılıb? Ştrasser və onun tərəfdarları bu sualın qarşısında aciz qaldılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR