“Azərbaycan Dəmir Yolları” və “Stadler Rail” Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonlarının alınmasını müzakirə edib - FOTO

 “Azərbaycan Dəmir Yolları” və “Stadler Rail” Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonlarının alınmasını müzakirə edib - <span style="color: red;">FOTO
# 10 aprel 2015 10:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin (layihənin koordinatoru Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr) bu görüşü “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Sonra “Stadler Rail” şirkətlər qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin sərnişin vaqonunun alınması, 18 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Stadler” Gəncə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub. “Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR