Tovuzda azyaşlı mürəbbə qazanına düşərək yanıb

Tovuzda azyaşlı mürəbbə qazanına düşərək yanıb
# 01 sentyabr 2015 11:52 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Zəhra Sərxan qızı Abdiyeva bədən səthinin 50 faizinin 2-ci dərəcəli yanığı və yanıq şoku əlamətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, azyaşlı ehtiyatsızlıqdan evdə mürəbbə qazanına düşüb və yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR