Azərbaycan prezidenti Bakıda dənizkənarı yolun açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti Bakıda dənizkənarı yolun açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 15 may 2015 14:37 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Kamil Əliyev dövlət başçısına yeni avtomobil yolu, buradakı yol qovşaqları, mühəndis qurğuları və yeraltı piyada keçidləri barədə məlumat verib.

Qeyd edilib ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR