ABŞ-da bir sıra mənfi makroiqtisadi göstəricilər açıqlanıb

ABŞ-da bir sıra mənfi makroiqtisadi göstəricilər açıqlanıb
# 13 aprel 2013 13:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-da mart ayında pərakəndə ticarət dövriyyəsi fevral ayı ilə müqayisədə 0,4% azalıb, halbuki fevralda 1%-lik aylıq artım müşahidə olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatında deyilir.

Eyni zamanda, istehlakçılar indeksi aprel ayında mart ayı ilə müqayisədə 78,6 bənddən 72,3 bəndədək enib.

Həmçinin məluma olub ki, istehsalçı qiymətləri aylıq müqayisədə mart ayında 0,6% azalıb, illik müqayisədə isə 1,1% artıb. Qeyd edək ki, bu məlumatlar ölkənin fond bazarında endirici tendensiyalar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR