Penitensiar Xidmətdə müşavirə keçirilib

Penitensiar Xidmətdə müşavirə keçirilib
# 02 mart 2015 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin Baş İdarəsində müşavirə keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, xidmət üzrə fasiləsiz rabitə əlaqələrinin təmin edilməsi, mühafizə və təhlükəsizliklə bağlı avadanlıqların etibarlı saxlanılması, təlimata uyğun istismarı mövzusunda keçirilən müşavirədə mühafizə texnikası sahəsində 2014-cü ildə görülmüş işlər barəsində məlumat verilib.

İclasda 2015-ci ildə qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb, tabe qurumlarda mühəndis mühafizəsinin təhlili barədə müzakirələr aparılıb, radio rabitə vasitələri ilə bağlı slayd nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR