İranda daha bir tanınmış azərbaycanlı fəal, təşkilat sədri həbs olunub

İranda daha bir tanınmış azərbaycanlı fəal, təşkilat sədri həbs olunub
# 06 fevral 2013 19:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda daha bir tanınmış azərbaycanlı fəal həbs olunub. APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kərəc şöbəsinin əməkdaşları doktor Lətif Həsənini fevralın 6-da yerli vaxtla saat 12:00-da tutublar.

Qeyd edək ki, azərbaycanlı fəal 2010-cu il mayın 24-də həbs olunub. ETTELAAT-ın Kərəc şöbəsinin əməkdaşları Lətif Həsənini mənzilindən aparıblar. Azərbaycanlı fəalın mənzilində axtarış aparıb, ona məxsus kompüter, CD-lər, Azərbaycan dilindəki kitablar, əlyazmalar və bir sıra şəxsi əşyalar müsadirə edilib. Lətif Həsəni 270 gün ETTELAAT-ın təcridxanasında və Təbriz həbsxanasında saxlanıldıqdan sonra 220 min ABŞ dolları mülk girovu qoymaqla azadlığa çıxıb. Azərbaycanlı fəal GAMOH-un Mərkəzi Komitəsinin üzvü olmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda ittiham olunub. Lətif Həsəni bir neçə il əvvəl Bəzz qalasına yürüş zamanı da tutulub. Azərbaycanlı fəal Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Komitəsinin keçmiş üzvü, hazırda isə Yeni GAMOH təşkilatının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR