Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 32 dərəcəyə çatacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 32 dərəcəyə çatacaq
# 30 aprel 2013 09:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 1-2-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR