Nazir: “Kənd təsərrüfatında bəzi sahələrə verilən subsidiyaların miqdarı artacaq”

Nazir: “Kənd təsərrüfatında bəzi sahələrə verilən subsidiyaların miqdarı artacaq”
# 18 aprel 2013 10:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycanda yağlı bitkilərə və heyvandarlıq sahəsində damazlıq təsərrüfatlarına verilən subsidiyaların miqdarında artım nəzərdə tutulur.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu il fevral ayında ölkə başçısı İlham Əliyevin verdiyi təkliflər əsasında respublikada kənd təsərrüfatına verilən subsidiyaların verilmə mexanizmində dəyişiklik ediləcək və bəzi sahələrə verilən vəsait artırılacaq: “Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların verilmə mexanizminin yeni qaydaları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edib. Düşünürəm ki, müvafiq icra hakimiyyəti orqanlarının razılığı əsasında bu məsələ öz müsbət həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR